“Yollarda təhlükəsiz davranış qaydalarını öyrənək” adlı təlim keçirildi!
30 sentyabr 2025 | 17:06
Yol hərəkəti qaydalarının təbliği ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər M.Səfərov adına 1 nömrəli, Horadiz şəhər F.Mehtiyev adına 2 nömrəli, Horadiz şəhər F.Zalov adına 3 nömrəli və Arayatılı kənd tam orta məktəblərində təlim keçirilmişdir.
Təlimdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Coşğun Hətəmzadə, Füzuli RPŞ DYPB-nin İnzibati təcrübə üzrə baş inspektoru polis baş leytenantı İlkin Quliyev, Füzuli RPŞ DYPB-nin yol nəqliyyat hadisəsi üzrə baş inspektoru polis kapitanı Sərvan İbrahimov, Füzuli RPŞ DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Nail Həsənli, Uşaq Səfirlər Məclisinin Füzuli rayon üzrə nümayəndəsi Turan Nəbili iştirak etmişdilər.
Təlim zamanı məktəblilərlə yol hərəkəti qaydaları haqqında maarifləndirici söhbətlər aparan yol polisi əməkdaşları, baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyini qeyd etmiş, həmçinin piyadaların vəzifələri, küçə hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə ətraflı məlumat verərək onlara yol keçərkən daha diqqətli olmalarını tövsiyə etmişlər.
Bununla yanaşı şagirdlərə yol-nəqliyyat hadisələrinin ağır fəsadlarından və yol hərəkəti qaydalarından bəhs edən maarifləndirici materiallar paylanılmışdır.
Şagirdlər yol hərəkəti nişanları ilə tanış olmuşlar, onları maraqlandıran suallar iştirakçılar tərəfindən cavablandırılmışdır.






