Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Kürdmahmudlu kəndində səyyar qəbul keçirildi!

30 oktyabr 2023 | 11:26

Füzuli Rayon İcra Hakimiyyətinin  başçısı Alı Alıyev Yuxarı Kürdmahmudlu kəndində vətəndaşların mövcud problemlərinin yerindəcə həll edilməsi məqsədilə növbəti səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, Rayon prokuroru, Füzuli RPŞ-nin rəhbərliyi, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla səyyar qəbulların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirildiyini qeyd etdi. Qəbul zamanı sakinlərin səsləndirdiyi məsələlər həlli ilə bağlı qanunamüvafiq izahatlar verildi. Bəzi məsələlər yerindəcə həll edildi. Həlli vaxt tələb edən bir sıra məsələlər ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıq verildi və icrası nəzarətə götürüldü.

Keçidlər