Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər tarixini yazan qəhrəmanlar!-2” adlı layihə çərçivəsində tədbir keçirildi !

03 oktyabr 2023 | 10:53
Füzuli rayonu Horadiz şəhərində yerləşən Füzuli Dövlət Dram Teatırında Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin maliyyə yardımı ilə “Bakı Gənclər Klubu” ictimai birliyi tərəfindən “Zəfər tarixini yazan qəhrəmanlar!-2” adlı layihə çərçivəsində tədbir keçirildi.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli, “Bakı Gənclər Klubu” İctimai Birliyin idarə heyətinin üzvü Azər Cavadov, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və gənclər iştirak etdilər.
İştirakçılar Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər.
 
      Füzuli Rayon İcra Hakimiyyətinin başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar  Eyvazova çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolundan, qazanılan Şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, ordumuzun gücündən, şəhid və qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən bəhs etdi.
 
“Bakı Gənclər Klubu” ictimai birliyi idarə heyətinin üzvü Azər Cavadov çıxış edərək bildirib ki, ictimai birlik əsas fəaliyyətini gənclərin vətənpərvərlik tərbiyəsi və xalqımızın tarixi və mədəni irsinin təbliği istiqamətlərində aparır. Məhz bu istiqamətləri əsas götürərək təşkilatımız "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin maliyyə dəstəyi ilə 30 iyul 2023-cü il– 30 sentyabr 2023-cü il tarixlərində “Zəfər tarixini yazan qəhrəmanlar!-2” adlı layihənin icrasını həyata keçirir. Daha sonra "Vətən Müharibəsi Qəhrəmanı" şəhid Fəqan Zalovun atası Amil Zalov çıxış edərək, vətən müharibəsində dövlətimizin, xalqımızın, ordumuzun birliyini xüsusilə vurğuladı. Amil Zalov çıxışının davamında şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi.
Layihənin məqsədi - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsi zamanı gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlərin vasitəsilə ictimaiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaqdır. Layihənin icrası zamanı 3 Vətən müharibəsi qazisi Allahverdiyev Azad Səxavət oğlu, Nəsirli İsgəndər Hüseyn oğlu, Hüseynov Samir İsmayıl oğlunun döyüş yolları və Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları haqqında Füzuli rayonunda filmlərin çəkilişi aparılmış və 10 -15 dəqiqə arası 3 qısametrajlı film hazırlanmışdır.
Sonda layihənin yekunu olaraq hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçirildi.
Keçidlər