İcra Hakimiyyəti
İnzibati xətalar haqqında Füzuli rayon İcra Hakimiyyəti adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı
Füzuli rayon İcra hakimiyyəti başçısının “ 02
İyul 2017-ci il tarixli, 61/1 nömrəli Əmri ilə təsdiq edilmişdir
“İnzibati xətalar haqqında işlərə Füzuli rayon İcra hakimiyyətiadından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7, 454, 455.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, şöbə müdirinin müavini, baş məsləhətçi;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1, 189.3, 189.4, 512 və 522-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə- Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 400 və 587-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İcra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidaretmə orqanları iş şöbəsinin müdiri, baş məsləhətçi;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 319.1, 320.1 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İcra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393, 395 və 396-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İcra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri-baş memar, böyük məsləhətşi