Şriftin ölçüsü :

Saytın rəngi :

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Füzuli rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı

                                                                                   Füzuli rayon İcra Hakimiyyəti başçısının
                                                                                    21 aprel   2017-ci il tarixli, 116  nömrəli 
                                                                                             Əmri  ilə  təsdiq  edilmişdir


                                     “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında
                                      işlər  üzrə Füzuli rayon İcra Hakimiyyəti  adından  protokol  tərtib
                                      etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı

 

            Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə
            protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:


  1.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı  maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə  İcra Hakimiyyəti başçısı  Aparatının Hüquq şöbəsinin müdiri, başçının İnzibati ərazi dairələri üzrə nümayəndələri;

 2.  Azərbaycan  Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin, onun müavini;

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri, onun müavini, İcra Hakimiyyəti başçısı Aparatının ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, başçının İnzibati ərazi dairələri üzrə nümayəndələri;

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 413, 451 və 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçının müavini, İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini (dini qurumlar üzrə təşkilatçı);

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527,530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçının birinci müavini, başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri, başçının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.

Keçidlər