Rayon haqqında
Mədəniyyət
Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon Mədəniyyət müəssisələri üzrə ümumilikdə 94 müəssisə fəaliyyət göstərir. 16 Mədəniyyət evi, 8 klub, 7 klub müəssisəsi olmaqla 31 müəssisə, 1 Mərkəzi kitabxana və 45 kitabxana filialı, 12 uşaq musiqi və incəsənət məktəbi və 1 filialı, 2 muzey , 1 muzey filialı və 1 Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.
Adları göstərilən mədəniyyət müəssisələri dövrə, zamana uyğun olaraq ədəbi-bədii gecələr, kompozisiyalar və konsert proqramları ilə həm əhali qarşısında , həm də, təmas xəttində yerləşən hərbi hissələrdə maraqlı çıxışlar etmişdir. Onlardan “Zəfərə doğru”, “Əbədi yaşar Lider”, “Heydər Əliyev-100”, “Elimizə Novruz gəlir”, “Musiqiyə bağlı ömür”, “Azərbaycan sevgisi”, “Uşaqlar bizim gələcəyimizdir”, ”Ana dilim doğma dilim” “Müzəffər Ordumuz”, “Zəngin mədəniyyətimizin böyük himayədarı”, ”Ulu Öndərin musiqi sevgisi”, və s.adlı rəngarəng proqramları göstərmək olar.
Bunlarla yanaşı Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq İncəsənət festivalında Füzuli rayon mədəniyyət müəssisələrinin dərnək üzvləri, uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri böyük həvəslə iştirak etmişdir. Festivalın final mərhələsində Horadiz şəhər uşaq musiqi məktəbinin şagirdi “Xalq çalğı alətləri ifaçılığı” nominasiyası üzrə həvəskar kateqoriyasında I yerə çıxmışdır.
Yay mövsümündə Füzuli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər həftənin bazar günləri rayonun müxtəlif kənd və qəsəbələrində əhalinin asudə vatının səmərəli təşkili məqsədilə konsert proqramları təşkil edilir. Rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Qarabağ Ocağı” xalq folklor ansamblının üzvləri bayram günlərində N saylı hərbi hissələrdə düşmənlə üzbəüz dayanan hərbiçilər qarşısında çıxışlar edir.
Rayon Mədəniyyət evinin nəznində Xalq Teatrı da fəaliyyət göstərir. Xalq teatrının bədii özfəaliyyət kollektivinin üzvləri klassik dramaturqlardan Cəlil Məmmədquluzadənin, N.B.Vəzirovun, C.Cabbarlının, müasir dramaturqlardan Xalq yazıçısı İ.Əfəndiyevin , Anarın, İ.Məlikzadənin və s. əsərlərinə səhnə həyatı verilmişdir.
Görülmüş tədbirlər Azərbaycan Dövlət televiziyası və digər yerli televiziya kanalları vasitəsi ilə işıqlandırılmışdır. Mədəniyyət, Bütöv Azərbaycan , Ədalət qəzetlərində dərc olunaraq ictimaiyyətə çatdırılmışdır.
Bala Bəhmənli kənd mədəniyyət evinin “Bənövşə” rəqs qrupu, Babı kənd mədəniyyət evinin “Səma” rəqs qrupu, Kərimbəyli kənd mədəniyyət evinin “Lalələr” rəqs qrupu, Böyük Bəhmənli kənd mədəniyyət evinin “Qəmərim” rəqs qrupu, eləcə də kənd mədəniyyət evləri və klubların bədii qiraət, rəsm, musiqi dərnəklərinin bədii özfəaliyyət kollektivlərinin üzvləri keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər.