Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində  79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir.
      2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub. Təhsil alan şagirdlərdən 1193 nəfər I sinfə, 911 nəfəri isə məktəbəhazırlıq qrupuna qəbul edilib.            
     2019-2020-ci tədris ilinin nəticəsinə görə IX sinfi 1160 nəfər, XI sinfi 1105 nəfər şagird məktəbi bitirib. Attestat alanlardan IX sinif üzrə 11 nəfər, XI sinif üzrə 11 nəfər şagird cəmi -22 nəfər fərqlənmə attestatına layiq görülüb.
      2019-2020-ci tədris ilində IX sinif üzrə 238 nəfər orta ixtisas məktəblərinə, XI sinif üzrə 680 nəfər ali məktəblərə sənəd verib. Orta ixtias və ali təhsil müəssisələrinə ixtisas seçimi olmadığı üçün qəbul olan şagirdlərin sayı məlum deyil.
      Rayon üzrə ümumtəhsil məktəbləri 540 ədəd kompyuterlə təmin edilib , 33 məktəb və Füzuli RTŞ-nin binası birbaşa internet şəbəkəsinə qoşulub.
       Cari tədris ilində 47№-li tam orta məktəbi Bakı şəhəri, Qaradağ rayonunda yeni salınmış “Qobu-Park-2” yaşayış massivində, 10№-li tam orta məktəb Şirvan şəhərində məcburi köçkünlər üçün yeni salınmış məktəb binası ilə təmin olunub. Füzuli rayon Qayıdış qəsəbə 8№-li tam orta məktəb üçün yeni məktəb binası inşa edilmiş, Bala Bəhmənli kənd tam orta məktəbi əsaslı, Araz Dilağarda, Əhmədbəyli və Babı  kənd tam orta məktəbləri cari təmin olunmuşdur.
       2019-2020-ci tədris ilində Müəllimlərin işəqəbulu müsabiqəsi üzrə 31 nəfər, yerdəyişmə müsabiqəsi üzrə 37 nəfər, daimiləşmə müsabiqəsinin nəticəsinə görə  11 nəfər müəllim adını qazanmışlar.
       Direktorların işəqəbulunun nəticəsinə görə 4 nəfər vakant olan direktor vəzifəsinə təyin olunub.
         2019-cu ildə “Təhsildə inkişaf və innovasiyalar” üzrə III Qrant müsabiqəsində 5№-li tam orta məktəbin ibtidai sinif müəllimi Tağıyeva Təranə İnqilab qızının “Əlillik əngəl deyil” layihəsi, 7№-li tam orta məktəbin direktoru Novruzova Gülşən Ağarəzi qızının “Təlim prosesinin metodoloji mərhələlərinin dərslərə tətbiqi” (7e) layihəsi, 50№-li tam orta məktəbin direktoru Kazımova Günel Mayis qızının “Sabaha uzanan əllər-Robototexnika mühəndisliyi Akademiyası” layihəsi qalib olub.
        2020-ci ildə  “Təhsildə inkişaf və innovasiyalar” üzrə IV Qrant müsabiqəsində 7№-li tam orta məktəbin riyaziyyat müəllimi Teymurova Sahibə Baloğlan qızının “Kitablar və mənəvi dünyamız” layihəsi, 50№-li tam orta məktəbin direktoru Kazımova Günel Mayis qızının “Şagirdlərin sosial şəbəkələrdən istifadə metodikasının təkmilləşdirilməsi” layihəsi qalib olub. Onu  da qeyd edirik ki, 50№-li tam orta məktəbin direktoru Kazımova Günel Mayis qızı 3 dəfə Qrant müsabiqəsinin qalibi olub.
        2019-cu tədris ilində 50№-li tam orta məktəbin direktoru Kazımova Günel Mayis qızı “Tərəqqi medalı”, Əhmədalılar kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həşimova Məleykə Vaqif qızı və 7№-li tam orta məktəbin direktoru Novruzova Gülşən Ağarəzi qızı “Qabaqcıl təhsil işçisi döş nişanı”, 59№-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Orucova Vəfa Ramiz  qızı və Horadiz şəhər 2№-li tam orta məktəbin kimya-biologiya müəllimi Behbudova İradə Qəşəm qızı “Fəxri Fərman”-la təltif olunmuşlar.
        02 fevral 2020-ci il tarixdə “Gənclər günü” ilə əlaqədar olaraq Gənc müəllimlərlə  Respublikada keçirilən görüşdə Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbin tarix müəllimi Dolxanova Vüsalə Vaqif qızı  iştirak etmişdir.
       2019-cu ilin noyabr ayında  Prezident Administrasiyası tərəfindən təşkil olunmuş “Ölkəmizi tanıyaq” devizi ilə 40 nəfər şagird Cənub bölgəsinin rayonlarına səfər edib  və həmin ərazilərdə yerləşən tarixi, mədəniyyət abidələri ilə tanış olub.
      59№-li tam orta məktəbin XI sinif şagirdi Eyvazova Jalə Habil qızı Ümummilli lider  Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinə “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir”   mövzusunda hazırladığı videotəqdimatla  rayon turunun qalibi olmuş və respublika turunda “Tərifnamə” qazanmışdır.
        Ümumtəhsil məktəblərində mütəmadi olaraq fənn olimpiadaları keçirilmişdir. Həmin fənn olimpiadasının nəticəsinə görə olimpiadanın respublika turunda Şükürbəyli kənd tam orta məktəbin XI sinif şagirdi Həsənova Könül Ədalət qızı Azərbaycan dili və ədəbiyyat fənni, Horadiz şəhər 1№-li tam orta məktəbin X sinif şagirdi Şalanzadə Elnur Azər oğlu kimya fənni, 33№-li tam orta məktəbin XI sinif şagirdi Şıxəliyeva Nərmin Elmin qızı tarix fənni üzrə  iştirak etmək hüququ qazanıb.
        Qayıdış qəsəbə 7№-li tam orta məktəbin X sinif şagirdi Abdullayev Toğrul Nizami oğlu    2020-ci ildə  (21-24 fevral)  Bakı şəhərində keçirilmiş  “Əlaçı” televiziya layihəsinin qalibi olub.
       “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon turu keçirilmiş və 50№-li tam orta məktəbinin X sinif şagirdi Hacıyeva İlahə İlham qızı qalib seçilmiş və respublika turunda iştirak etmək hüququ qazanmışdır.
       Ağcabədi rayonunda  “Xocalı” faciəsinin 28-ci ildönümünə həsr olunmuş  şahmat yarışında Uşaq Gənclər İdman  Şahmat məktəbinin şagirdi Qasımova Səmra Rəşad qızı 2-ci yerə layiq görülmüşdür.
       2019-cu ilin oktyabr ayında Uşaq Gənclər İdman Şahmat  məktəbinin şagirdi Qasımova Səmra Rəşad qızı Azərbaycan Çempionatında iştirak etmək üçün vəsiqə qazanmışdır. Lakin Pandemiya ilə əlaqədar olaraq yarış təxirə salınmışdır.
        UGİM-nin  dərnək rəhbəri- Sadıqova Xalidə Qoçaq qızının  rəhbəri olduğu dərnək üzvləri- Həziyeva Zəhra -5 sinif, Qasımlı Şüküfə -7 sinif, Diriyeva Zeynəb-7 sinif şagirdləri  ilə birlikdə Gənclərin Respublika bədii Yaradıcılıq “Evdə qal” Qiraət müsabiqəsində 2-ci yeri tutmuşlar.
           Məlum səbəblərə görə mart ayından Koronavirus (COVİD-19) Pandemiyası ilə əlaqədar olaraq Respublika ərazisində keçirilən müsabiqələrin, yarışların, kütləvi tədbirlərin keçirilməsi dayandırıldığı üçün nəzərdə tutulan yarış və müsabiqələr təxirə salınmışdır.

Keçidlər