Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

Füzuli  Mərkəzi  Rayon  Xəstəxanasının  tabeliyində  15 xəstəxana, 28 həkim məntəqəsi  və 48 tibb  məntəqəsi  olmaqla 9  xəstəxana 220  çarpayı  olmaqla, 19 həkim məntəqəsi  və  15 tibb  məntəqəsi  fəaliyyətdədir.
Füzuli  Mərkəzi  Rayon  Xəstəxanası  hal-hazırda  75  həkim, 297 orta tibb işçisi, 617  digər  işçilərlə  əhatə  olunmuşdur.
Fəaliyyətdə  olan  bütün  xəstəxana,  həkim  məntəqələrində  cari  təmir  işləri  aparılmışdır. Rayon  üzrə  2500  nəfərdən  yuxarı  imtiyazlı  qrupa  daxil  olan  xəstələr vardır ki, bunlardan 1750 nəfərə  kimi  şəkərli  diabet, 130  nəfərə  kimi vərəm,  XBC, Hemofiliya, Talasemiya, Bronxial  astma, Onkoloji və  digərləridir.
Rayon  əhalsinə  13 növ  tibbi  xidmət  göstərilir  ki,  bunlarda terapevtik,  cərrahi, pediatrik, oftomoloji, lobarator, USM, kardeoloji, nevroloji, pulmoloji, gnikoloji, stomotoloji və  endokrinoloji  xidmətlərdir.
Füzuli həkimləri  hər bir zaman  olduğu kimi  bu  gündə  rayonumuzun  əhalisinə yüksək  səviyyədə  tibbi  xidmət  göstərir.
Respublika  Prezidenti cənab İlham Əliyevin müvafiq  göstərişi  əsasında 15 fevral 2017-ci il tarixdən  15 may  2017-ci  il  tarixə  kimi əhalinin  kütləvi  dispanserizasiyasında  Füzuli  sakinləri  kütləvi  surətdə  sağlamlığın  gücləndirilməsi  məqsədi  ilə tibbi  müayinəyə cəlb  olunmuşdur.
Belə  ki, 68246  nəfər  Füzuli  sakini  dispanserizasiya  olunmuş,  bunlardan  248  nəfər  stasionara  yerləşdirilmiş, 126  nəfər  isə  Bakı  şəhərinə  göndərilmişdir.
Bu  ilin 5 ayında  286 nəfər  sağlam  uşaq  doğulmuşdur, 36000-dən  yuxarı  ambulator, 1103 nəfərə  isə  stasionar  şəraitdə  tibbi xidmət  göstərilmişdir  ki,  bunlardan  da 226 nəfər  cərrahi  xəstələr  olmuşdur.
Təcili tibbi yardım briqadaları tərəfindən 1020 çağrışa gedilmiş, 826 nəfərə  yardım  göstərilmişdir.
İmtiyazlı qrupa daxil olan xəstələrin  dərmanları  tibb  məntəqələrində  paylanır  ki,  bu  da əhalinin  dərman  dalınca  gedib-gəlməyinin  qarşısını  almışdır.

Keçidlər