Hüquqi məlumatlar
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi barədə
MƏLUMATLANDIRMA
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq onların hüquq və mənafelərinin qorunması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1-ci maddəsinə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1-ci maddəsinə uyğun olaraq Rayon İcra Hakmiyyəti başçısı yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən təyin olunur. Xidmət qəyyumluğa götürülənin yaxın qohumlarının notariat qaydasında təsdiq edilmiş razılıq əraziləri; valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s.-nin surətləri); 10 yaşından yuxarı uşağın razılıq ərizəsi; ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmənin qətnaməsi; qəyyumun sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar; qəyyumun götürənin şəxsiyyət vəsiqəsinin surəti; qəyyumun tərcümeyi-halı; qəyyum üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə); qəyyum adından İcra Hakimiyyəti başçısının adına notariat qaydasında təsdiq edilmiş ərizə; qəyyum üçün iş yerindən xasiyyətnamə (işləyirsə); qəyyum üçün yaşayış yerindən 2 saylı forma arayış; qəyyumun nikah haqqında şəhadətnaməsinin surəti; Qəyyumluğa götürülən uşağın doğum haqqında şəhadətnaməsinin surəti Rayon İcra Hakmiyyətinə təqdim olunduqdan sonra 15 gün müddətində, ödənişsiz həyata keçirilir.
Qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər təqdim edildikdən sonra İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik orqanı onları yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə qəyyum təyin edilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır. İcra Hakimiyyətinin Başçısı on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi barədə sərəncam imzalayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 137-ci maddəsinin tələblərinə zidd olduqda xidmətin həyata keçirilməsi dayandırılır və ya ondan imtina edilir. Fiziki şəxs "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən yuxarı orqana inzibati qaydada şikayət edə bilər.






