Şriftin ölçüsü :

Saytın rəngi :

Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi barədə

MƏLUMATLANDIRMA

Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Rayon İcra Hakmiyyəti başçısı yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən verilir. Xidmət fiziki şəxslər tərəfindən tələbini əsaslandırdığı ərizə; qəyyum və ya himayədə olanın doğum haqqında şəhadətnaməsinin surəti; qəyyum və ya himayəçinin qəyyum və ya himayəçi təyin olunmasını təsdiq edən sənədin surəti; qəyyum və ya himayədə olanın şəxsiyyət vəsiqəsinin surəti; qəyyumluqda və ya himayədə olanın əmlakının sənədlərinin surəti; qəyyum və ya himayəçinin şəxsiyyət vəsiqəsinin surəti Rayon İcra Hakmiyyətinə təqdim olunduqdan sonra 15 gün müddətində, ödənişsiz həyata keçirilir.

Qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər təqdim edildikdən sonra İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik orqanı müraciəti araşdırır və araşdırmanın nəticəsinə uyğun olaraq qərar qəbul edir. Tələb olunan sənədlər tam təqdim edilmədikdə və yetkinlik yaşına çatmayan şəxsin maraqlarına zidd olduqda xidmətin həyata keçirilməsi dayandırılır və ya ondan imtina edilir. Fiziki şəxs "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən yuxarı orqana inzibati qaydada şikayət edə bilər.

Keçidlər