Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi barədə

 MƏLUMATLANDIRMA

Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılıq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.5-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Rayon İcra Hakmiyyəti başçısı yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən verilir. Xidmət fiziki şəxslər tərəfindən tələbini əsaslandırdığı ərizə; valideynlərin şəxsiyyət vəsiqələrinin surəti; azyaşlının doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti; əmlaka dair sənədlərin surəti; yaşayış yeri və ailə tərkibi haqqında arayış Rayon İcra Hakmiyyətinə təqdim olunduqdan sonra 30 gün müddətində, ödənişsiz həyata keçirilir.

Qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər təqdim edildikdən sonra Rayon İcra Hakimiyyəti başçısı tərəfindən maraqlı şəxsə razılıq məktubu verilir. Tələb olunan sənədlər tam təqdim edilmədikdə və yetkinlik yaşına çatmayan şəxsin maraqlarına zidd olduqda xidmətin həyata keçirilməsi dayandırılır və ya ondan imtina edilir. Fiziki şəxs "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən yuxarı orqana inzibati qaydada şikayət edə bilər.

Keçidlər