Aparatın struktur bölmələrinin əsasnamələri
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi
Füzuli Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2018-ci il
tarixli 139 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə
və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
Ə S A S N A M Ə S İ
1. Ümumi müddəalar
- Füzuli Rayon İcra Hakimiyyəti (bundan sonra icra hakimiyyəti) Aparatının struktur bölməsi olan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi (bundan sonra şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq ərazidə fəaliyyət göstərən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə, bələdiyyələrlə, habelə dövlət orqanları və qeyri-hökümət təşkilatları ilə yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini həyata keçirir.
- Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni, Rayon İcra Hakimiyyəti başçısının ( bundan sonra başçı) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
- Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Rayon İcra Hakimiyyəti başçısı Aparatının digər bölmələri və tabeliyindəki qurumları, eləcədə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi bilavasitə yerli icra hakimiyyəti başçısının tabeçiliyində fəaliyyət göstərir;
2.0.2. Başçının tabeliyində fəaliyyət göstərən inzibati ərazi üzrə nümayəndəliklərlə, bələdiyyələrlə, habelə dövlət orqanları və qeyri-hökümət təşkilatları ilə yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini həyata keçirir;
2.0.3. Şöbə inzibati ərazi ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətini istiqamətləndirir;
2.0.4. Şöbə öz fəaliyyətini İcra Hakimiyyətinin aidiyyatı struktur vahidləri və ərazidə fəaliyyət göstərən dövlət orqanları ilə əlaqəli şəkildə qurulmasını təmin edir;
2.0.5. Şöbə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən başçı tərəfindən şöbəyə həvalə olunmuş digər vəzifələri həyata keçirir.
3. Şöbənin vəzifələri
- Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin vəzifələri aşağıdakılardır:
3.0.1. Şöbə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə başçı qarşısında məsuliyyət daşıyır;
3.0.2. Şöbə ona həvalə edilmiş vəzifələrə uyğun olaraq idarəetmə fəaliyyətini həyata keçirir və başçının tapşırıqlarını yerinə yetirir;
3.0.3. Rayon ərazisində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini təmin edir;
3.0.4. Rayon ərazisində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər qurumlarla, habelə bələdiyyələr və qeyri-hökümət təşkilatları ilə və digər təşkilatlarla İcra Hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin edir.
3.0.5. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.2–ci, 46.4-cü, 46.5-ci, 46.15-ci, 87.6-cı və 98.1-ci maddələri ilə icra hakimiyyətinə həvalə edilmiş vəzifələri yerinə yetirirlər;
3.0.6. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin, məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
3.0.7. Başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin fəaliyyətinə nəzarəti həyata keçirir;
3.0.8. Başçının səyyar qəbullarını təşkil edir, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların, yaşayış yeri üzrə nümayəndələrin qəbulunu təşkil edir;
3.0.9. Başçı tərəfindən təsdiq edilmiş perspektiv iş planları əsasında şöbəyə aid məsələlərlə əlaqədar İcra Hakimiyyətinin fəaliyyətini təşkil edir;
3.0.10.İcra Hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar başçıya təkliflər verir;
3.0.11.Şöbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə korrupsiya hallarının qarşısının alınması üçün tədbirlər görür;
3.0.12. “Hərbi çağırış və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati ərazi dairələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının təqdim olunmasında və hərbi vəzifəlilərin çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərir;
5. Şöbənin hüquqları
- Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. Bu Əsasnamə ilə fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə edilmiş vəzifələri icra etmək məqsədilə tədbirlər planları hazırlamaq, onların icrasına nəzarəti həyata keçirmək;
4.0.2. Vətəndaşlar tərəfindən İcra Hakimiyyətinə ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Aparatın müvafiq strukturlarının və rəhbər vəzifəli şəxslərinin iştirakının təmin edilməsi üçün təkliflər vermək;
4.0.3. Başçının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, İcra Hakimiyyətinin yanında olan qurumlarda, başçının tabeliyində olan hüquqi şəxslər və qurumlarda monitorinq və qiymətləndirmələr aparmaq barədə təkliflər vermək;
4.0.4. İnzibati ərazi dairələrində inzibati vəzifə tutan işçilər barədə həvəsləndirmə və intizam tənbeh tədbirləri barədə təkliflər vermək;
4.0.5. İnzibati ərazi dairələri üzrə nümayəndələrin hesabatlarını təşkil etmək;
4.0.6. Aparatın, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin inzibati vəzifə tutan işçilərinin attestasiyasının keçirilməsi barədə təkliflər vermək və bu işin təşkilində iştirak etmək;
4.0.7. Dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğular göndərmək, məlumatlar və sənədlər almaq məqsədilə təkliflər vermək;
4.0.8. Ərazilərdə əhaliyə yerli özünüidarəetmənin bilavasitə həyata keçirilməsində və yerli özünüidarəetmədə əhalinin iştirakına şərait yaratmaq üçün tədbirlər görmək;
4.0.9. Ərazilərdə beynəlxalq və dövlət bayramlarına, tarixi və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş tədbirlərin təşkilində iştirak etmək və keçirilməsini təmin etmək;
4.0.10.Fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində İcra Hakimiyyətini dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
4.0.11.Başçı tərəfindən ona verilmiş digər səlahiyyətləri həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı Prezident tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə başçıya tabedir və onun qarşısında hesabat verir. Başçı tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Şöbənin fəaliyyətinə başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən (baş və böyük) məsləhətçiləri vardır. Şöbə müdirinin (baş və böyük) məsləhətçiləri şöbə müdiri tərəfindən on(lar)a həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır(lar). Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada baş məsləhətçi və ya başçı tərəfindən təyin edilmiş digər şəxs həyata keçirir.
5.4. Şöbənin müdiri:
5.4.1.Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. Tabeliyində olan vəzifəli şəxslər arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;
5.4.3.Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədlərin təsdiq edilməsini təmin edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icra edilməsinə nəzarət edir;
5.4.4.Şöbə öz üzərinə düşən vəzifələrin icrasını təmin etmək məqsədilə aparatın struktur bölmələrindən, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan zəruri məlumat və sənədləri alır;
5.4.5. Şöbəyə daxil olan ərizə, şikayət, təkliflərə və məktublara baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;
5.4.6. Şöbənin izibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.4.7.Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün yerli icra hakimiyyəti başçısına təqdimatlar verir;
5.4.8.Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Aparatın digər strukturlarından və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən zəruri məlumat və sənədləri alır;
5.4.9. Şöbəni təmsil edir;
5.4.10.Şöbəni funksional fəaliyyətə uyğun olaraq İcra Hakimiyyətini müxtəlif tədbirlərdə təmsil edir.
5.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar;