Şriftin ölçüsü :

Saytın rəngi :

Memarlıq və tikinti şöbəsi

 

  

Füzuli Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr  2018-ci il

   tarixli 139 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

 

 

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının

Memarlıq və tikinti şöbəsinin

  

Ə S A S N A M Ə S İ

 

1. Ümumi müddəalar

 

1.1. Füzuli Rayon İcra Hakimiyyatinin (bundan sonra icra hakimiyyəti)  Aparatın struktur bölməsi olan Memarlıq və tikinti şöbəsi (bundan sonra-şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş  "Yerli icra hakimiyyətlari haqqında Əsasnamə”yə uyğun müvafiq fəaliyyə  göstərir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, AzərbaycaRespublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarınını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni, Rayon İcra Hakimiyyəti başçısının (bundan sonra başçı) əmr və sərəncamları və bu Əsasnaməni  rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Rayon İcra Hakimiyyəti başçısı Aparatının digər bölmələri və tabeliyindəki qurumları, eləcədə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidaretmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

                                                                                                                                                   2. Şöbənin fəaliyyət istiqamətləri                                                

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1.Müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;

2.0.2. Müvafiq sahənin inkişafını təmin etmək;

2.0.3. Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı başçıya təkliflər vermək;

2.0 4.Dövlət şəhərsalma nəzarətini həyata keçirmək.                                                                                                                                                                                      

                                      3. Şöbənin vəzifələri                                                                        

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbənin vəzifələri aşağıakılardır:

3.0.1.Dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

3.0.2. Müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki nailiyyətlərin tətbiqində iştirak etmək;

3.0.3. Məskunlaşma sisteminin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlər hazırlanmasında iştirak etmək;

3.0.4. Tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək;

3.0.5. Müəyyən edilmiş qaydada şəhərsalma kadastrını aparmaq;

3.0.6. Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin işinin təmin edilməsində iştirak etmək;

3.0.7. Müəyyən edilmiş qaydada respublika səviyyəsində dövlət şəhərsalma nəzarətinin şöbə tərəfindən həyata keçirilməsində iştirak etmək;

3.0.8. Müvafiq sahədə şöbənin strukturuna daxil olan digər qurumlara, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki yardım göstərmək;

3.0.9. Müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq;

3.0.10. Müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.11. Dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.12. Səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsinə və quraşdırılmasına rəy vermək;

3.0.13. Tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək;

3.0.14. Tikinti obyektlərinin sifarişçilərinin sorğuları əsasında tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) obyektin təyinatını göstərməklə təqdim etmək;

3.0.15. Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək

3. Şöbənin hüquqları

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Şöbənin aşağıdakı hüquqları vardır:

4.0.1. Müvafiq sahədə normativ hüquqi aktların hazırlanması, onlarda dəyişiklik edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı icra hakimiyyətinə təkliflər vermək;

4.0.2. Fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.0.3. Şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə, müvafiq tədbirlər görmək;

4.0.4. Dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.5. Müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək.

 

 5. Şöbənin fəaliyyətinin təşkili

 

5.1.  Şöbənin strukturu və əməkdaşlarının sayı Prezident tərəfindən müəyyən və  təsdiq edilir. Şöbə bilavasitə başçıya tabedir və onun qarşısında hesabat verir. Başçı tərəfindən  səlahahiyyət verilmiş şəxs istisna olmaqla heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.2.  Şöbə fəaliyyətinə başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələri yerinə yetirilməsinə hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdiri başçı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilən Böyük və aparıcı) məsləhətçiləri vardır. Şöbə müdirinin (böyük və aparıcı) məsləhətçiləri şöbə müdiri tərəfindən on(lar)a həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır(lar). Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada (böyük və aparıcı) məsləhətçi və ya başçı tərəfindən tərəfindən təyin olunmuş digər şəxs tərəfindən həyata keçirir.

5.4. Şöbə müdiri;                                                                                                                   

5.4.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Tabeliyində olan vəzifəli şəxslər arasında iş bölgüsü aparır, onların fəaliyyətini     əlaqələndirir, əmək, icra və xidmət intizamına nəzarət edir;

5.4.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədlərin təsdiq edilməsini təmin edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vəxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;

5.4.4. Şöbə üzrə başçısının yanında Şura iclasında müzakirə edilməli məsələləri müəyyən edir və başçıya xidməti məruzə edir;

5.4.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.4.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərin görülməsi üçün başçıya təqdimat verir;

5.4.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyəti daxilində Aparatın digər strukturlarından və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən zəruri məlumat və sənədlər alır;

5.4.8. Şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.4.9. Şöbə  təmsil edir;

5.4.10. Şöbəni  funksional fəaliyyətə uyğun olaraq İcra Hakimiyyətini müxtəlif tədbirlərdə təmsil edir;

5.4.11. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmassına görə Azərbaycan Respublikasınınn Qanunveriçiliyinə uyğun olaraq müvafiq qaydada məsuliyyət daşıyırlar;

Keçidlər