Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi

 

  Füzuli Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr  2018-ci il

   tarixli 139 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

 

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın

təhlili və proqnozlaşdırılması şöbəsinin

 

                                                        Ə S A S N A M Ə S İ

 

                     1. Ümumi müddəalar

1.1.     Füzuli Rayon İcra Hakimiyyətinin (bundan sonra icra hakimiyyəti) Aparatın struktur bölməsi olan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi (bundan sonra –şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

 1.2.    Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarınını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Rayon İcra Hakimiyyəti başçısının (bundan sonra başçı) əmr və sərəncamları və bu Əsasnaməni  rəhbər tutur.

  1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Rayon İcra Hakimiyyəti başçısı Aparatının digər bölmələri və tabeliyindəki qurumları, eləcədə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidaretmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

 2. Şöbənin fəaliyyət istiqamətləri

 2.0.     Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 2.0.1.   Müvafiq sahədə  sosial-iqtisadi siyasətin formalaşmasında iştirak edir və bu siyasətin

 həyata keçirilməsinin  icrasını  təmin edir;

2.0.2. Müvafiq sahənin inkişafı məqsədilə iqtisadi təhlillərin aparılmasını və proqnozlaşdırılması işini təmin edir;

2.0.3.  Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Şöbənin vəzifələri

3.0.   Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin vəzifələri aşağıdakılardır:

3.0.1. Bələdiyyələr və digər təşkilatlarla birlikdə rayonun sosial-iqtisadi vəziyyətini təhlil edir, inkişaf meyillərini müəyyənləşdirir, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması, sakinlərin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil edir, ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayır və rayon İcra hakimiyyəti başçısına təqdim etmək;

 

3.0.2. Rayonun sosial-iqtisadi inkişafına dair göstəriciləri əks etdirən məlumat bazasının     formalaşmasını və yeniləşdirilməsini təmin etmək;

3.0.3. Aqrar bölmənin inkişafı sahəsində müvafiq ərazidə dövlət siyasətinin həyata  keçirilməsində iştirak etmək;

 

3.0.4. Müvafiq ərazidə büdcə, vergi və maliyyə sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görmək;

3.0.5. İstehlak bazarı və sahibkarlığın inkişafınin dəstəklənməsi sahələrində müvafiq ərazidə dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görür, hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılmasını və yeniləşdirilməsini təmin etmək;

3.0.6. Müvafiq ərazidə əhalinin sosial müdafiəsi sahələrində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, sosial məsələlərə aid proqnozların hazırlanmasını təşkil edir, sosial sahənin perspektiv istiqamətlərinə və inkişafının əsas prioritetlərinə dair təkliflər vermək;

3.0.7. Əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahələrində müvafiq ərazidə dövlət siyasətini həyata keçirilməsində iştirak etmək;

3.0.8. Vətəndaşların hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək və başçıya təkliflər vermək;

3.0.9. Ölkənin makroiqtisadi göstəricilərinin təhlili əsasında inzibati-ərazi vahid üzrə sosial iqtisadi potensialı müəyyənləşdirmək, onları səciyyələndirən göstəricilər sistemini hazırlamaq, iqtisadi artım tempinin dəyişməsinə təsir edən amilləri müəyyən edən hesablamaları aparmaq,  habelə  iqtisadi proqnozlaşdırma  üsullarını müəyyən etmək;

3.0.10. Qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

 

 4. Şöbənin hüquqları

4.0.      Şöbə  öz vəzifələrini yerinə yetirmək  üçün  aşağıdakı  hüquqlara  malikdir:

4.0.1.  Müvafiq ərazinin sosial-iqtisadi inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirmək və nəticələri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına məlumat verilməsi üçün başçıya təkliflər vermək;

4.0.2.  Müvafiq ərazidə sənaye potensialının inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

4.0.3.  Yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil etmək;

4.0.4.  Müvafiq icra hakimiyyəti orqanları, habelə aidiyyəti təşkilatlar və bələdiyyələr qarşısında ərazinin inkişafı  ilə əlaqədar  məsələlər qaldırmaq, təkliflər vermək;

4.0.5.  İqtisadi və sosial inkişaf üçün zəruri olan maliyyə, əmək ehtiyatları, əhalinin gəlirləri barədə məlumatların əldə edilməsini və təhlili işlərini  təşkil etmək;

4.0.6.  Sosial-iqtisadi və mədəni inkişafı təmin etmək məqsədi ilə nəzərdə tutulmuş büdcə vəsaitləri  barədə başçıya məlumat təqdim etmək;

4.0.7.  Müvafiq ərazinin kompleks sosial-iqtisadi inkişafında istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılmasında iştirak edən fiziki və hüquqi şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək;

4.0.8.  Müvafiq ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu, ərazinin investisiya cəlbediciliyinin artıtılması istiqamətində  müvafiq tədbirlər görmək;

4.0.9.  Müvafiq ərazidə sosial və istehsal infrastruktur obyektlərinin tikintisi və təmiri məqsədilə təkliflər vermək;

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1.  Şöbənin strukturu və əməkdaşlarının sayı Prezident tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə başçıya tabedir və onun qarşısında hesabat verir. Başçı tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.2.  Şöbənin fəaliyyətinə başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.  Şöbə müdirinin başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavin və (baş və aparıcı) məsləhətçiləri vardır. Şöbə müdirinin müavin və (baş və aparıcı) məsləhətçiləri şöbə müdiri tərəfindən on(lar)a həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır(lar). Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada müavin və ya başçı tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.4.  Şöbə müdiri

5.4.1.  Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2.  Tabeliyində olan vəzifəli şəxslər arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;

5.4.3.  Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin təsdiq edilməsini təmin edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edir;

5.4.4.  Şöbə üzrə başçının Şura iclasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə  təkliflərini başçıya  təqdim edir;

5.4.5.  Şöbənin vəzifəli şəxsləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün başçıya  təqdimatlar verir; 

5.4.6. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.4.7.  Şöbəni təmsil edir;

5.4.8.  Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil  edir;

5.4.9.  Şöbəni funksional fəaliyyətə uyğun olaraq İcra Hakimiyyətini müxtəlif  tədbirlərdə təmsil edir.

5.4.10.Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Aparatın digər strukturlarından və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən zəruri məlumat və sənədləri alır;

5.5.  Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

Keçidlər